#Dünya

Ciddi xəstəliyin əlaməti olan “zərərsiz” əlamət açıqlandı

Mar 07, 08:55 / Mənbə: Oxu.az

Əllərdə və ya ayaqlarda tez-tez uyuşma kimi “zərərsiz” bir simptom ciddi xəstəliyin xəbərçisi ola bilər.

“Pyatıy kanal”ın məlumatına görə, bu barədə rusiyalı terapevt İrina Yeskova danışıb.

O, bu təhlükəli xəstəliklər arasında şəkərli diabet, dağınıq skleroz və romatoid artridi göstərib. Həkimin sözlərinə görə, belə hallarda neyropatiya inkişaf edir, bunun da nəticəsində sinir kökləri əziyyət çəkir.

Bundan əlavə, uyuşma Reyno xəstəliyinin (aşağı və yuxarı ətrafların arterial damarlarının xəstəliyi) inkişafını göstərə bilər.

“Soyuğa çıxanda barmaqlar mavi olur. Müalicə edilmədiyi təqdirdə qanqren inkişaf edə bilər”, - deyə o, xəbərdarlıq edib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.