#Amerika

Braziliyada bir gündə 1555 nəfər koronavirusun qurbanına çevrilib

Mar 07, 06:18 / Mənbə: Apa.az

Braziliyada son sutka ərzində daha 69 609 nəfərin koronavirus infeksiyasına yoluxması, 1555 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 938 836 nəfər yoluxub. Bu müddət ərzində 264 325 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 704 351 xəstə müalicə olunaraq sağalıb.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.