#Futbol

“Yuventus” “Latsio” üzərində inamlı qələbə qazandı

Mar 07, 04:11 / Mənbə: Report.az

İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib.

“Report”un məlumatına görə, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.

Lakin matçın davamında “Qoca Sinyora”nın futbolçuları fərqlənib. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb. İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə dubl edib.

Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.