#Sağlamlıq

Azad olunan ərazilərdə xidmət edən sərhədçilərin peyvəndlənməsinə başlanılıb

Mar 06, 12:16 / Mənbə: Report.az

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

“Report”un xəbərinə görə, ilk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.

Vaksinasiya Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzində aparılıb.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2 000-dən çox hərbi qulluqçusu aşılanıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.