#Təfsilat

Dünyada son sutkada koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb

Mar 06, 12:14 / Mənbə: Kaspi.az

Dünyada son sutka ərzində 425 675 nəfər koronavirusa yoluxub, 9 561 nəfər ölüb. 

 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 115 289 961 yoluxma hadisəsi, 2 564 560 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (178 102) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 607) ilə Cənub-Şərqi Asiya (35 508) bölüşür.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.