#Cəmiyyət

Şəhid polkovnik-leytenantın ailəsinin yaşadığı iddia olunan ev müzakirələrə səbəb olub - FOTO

Mar 06, 11:50 / Mənbə: Yeniavaz.com

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Mehman Qəmbərovun valideynlərinin yaşadığı iddia olunan ev sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, şəhidin valideynlərinin yaşadığı deyilən evin fotosunu jurnalist Elgün Gəncimsoy paylaşıb.

"Şəhid polkovnik-leytenant Mehman Qəmbərovun valideynlərinin yaşadıği evdir. Həyat yoldaşı isə uşaqların təhsilinə görə Bakı şəhərində kirayədə yaşayır. Hələ müharibə olmamışdan əvvəl Mehman qardaşımla xidmət etdiyi hərbi hissədə görüşlərimizin birində "Elgün, atamgil Bərdədə çətin şəraitdə yaşayır. "Qaçqınkom"a neçə dəfə müraciət etmişik xeyri olmayıb..." - demişdi. 

Məsələ ilə ətraflı maraqlanıb Mehman Qəmbərovla Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımla əlaqələndirdim. Sevinc xanım sağ olsun əlindən gələni əsirgəmədi. Ancaq ailənin daxmadan köçürülməsi mümkün olmadı. Verilən vədlərə əməl edilmədi. 

Ağdam rayonundan olan məcburi köçkün ailəsi hələ də gördüyünüz bu daxmada yaşayır. 

Kifayət qədər iki yerdən ev alan məcburi köçkün ailəsini göstərə bilərəm. Axı necə ola bilər ki, Şəhid polkovnikin valideynləri bu şəraitdə yaşayır?! Bu hansı normaya, hansı vicdan qəlibinə sığır?!", jurnalist qeyd edib.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.