#Fərdi

Cüdoçumuz zədələndiyi üçün mübarizəni dayandırdı

Mar 06, 12:13 / Mənbə: Report.az

Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə zədələnib.

"Report" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Qırğızıstan təmsilçisi Vladimir Zoloyevlə görüşdə xəsarət alıb.

Qarşılaşmada Fətiyevin burnu qanayıb və fasilə yaranıb. Daha sonra cüdoçu sarğı ilə tatamiyə qayıdıb.

Hakim görüşün davam etməsini məqsədəuyğun hesab etməyib və Azərbaycan təmsilçisinə məğlubiyyət verilib. Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) məğlub etmişdi.

Qeyd edək ki, 81 kq-dakı Hidayət Heydərov da yarışla erkən vidalaşıb. O, 1/32 finalda Gilyerme Şmidtin (Braziliya) müqavimətini qıra bilməyib. 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakı (Sloveniya) məğlub edib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.