Bakıda avtomobil yolu keçən piyadaya xəsarət yetirib
Mar 06, 12:12 / Mənbə: Kaspi.az
Bakının Qaradağ rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Nicat Rzayev yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbərin mənbəsi: Kaspi.az