#Infrastruktur

Bu kənddə kranlardan lilli su gəlir - VİDEOREPORTAJ

Mar 06, 12:08 / Mənbə: Report.az

Siyəzənin ən böyük yaşayış məntəqələrindən biri olan Yenikənd kəndində içməli su ilə bağlı problemlər yaşanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, sakinlər həyətlərindəki kranlardan lilli su axdığını bildirirlər.

“Şaxtalı havada borunun donaraq partlaması səbəbindən çirkab sular boruya süzülüb və nəticədə su kranlarına bulanıq su gəlməyə başlayıb”, - onlar deyir.

Sakinlər vurğulayır ki, kənddə 400-ə yaxın təsərrüfat var: “Həmin təsərrüfatların yarı hissəsindən çoxunun su xətləri yenisi ilə əvəz edilib. Belə ki, 3200 metr müxtəlif diametrli su xətləri dəyişdirilərək yenilənib. Buna baxmayaraq bəzi yerlərdə hələ də su sızmaları var”.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin 1 nömrəli Siyəzən Su-Kanal İdarəsinin sahə rəisi Eldar Cabbarov kəndə gəlib.

E.Cabbarov bildirib ki, sözügedən kənddə 400-ə yaxın təsərrüfatın yarı hissəsindən çox su xətləri yenisi ilə əvəz edilib: “Demək olar ki, kəndin 70 %-də su xətləri yenilənib. Yenikənd ərazisində yeni xətlərin çəkilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulub. Kranlardan axan çirkab su ilə bağlı yaranmış problem həmin gün aradan qaldırılıb. Artıq həmin xətlərdən təmiz su gəlir. Kranlardan axan sular sakinlərin çənlərinə yığılmış çirkab suların axıntısıdır. Kəndə yeni su xətlərinin çəkilməsi növbəti illərdə dövlət proqramına uyğun həyata keçiriləcək".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.