Mar 06, 11:57 / Mənbə: News.milli.az
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.
Xəbərin mənbəsi: News.milli.az