#Region

Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub

Mar 06, 11:28 / Mənbə: Report.az

Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Yoluxanların 266 344-ü sağalıb, 3 567-si isə ölüb.

Son 24 saat ərzində yeni yoluxma faktlarnın müəyyən edilməsi üçün 19 737 test aparılıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.