#Cəmiyyət

Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi

Mar 06, 11:26 / Mənbə: Kaspi.az

Bakıda müsəlman qız və qadınlar üçün ilk dünyəvi

qadın məktəb necə yaradıldı?

  Xalqımızın böyük oğlu H.Z.Tağıyevin adı - XIX əsrin sonu XX əsrin

əvvəllərində Azərbaycanın görkəmli 

mesenatı kimi tarixə düşmüşdür. Bakıda qadın və qızlar üçün azərbaycan

dilində ilk dünyəvi məktəbin açılması 

təhsil, maarif və mədəniyyət hamisi - H.Z.Tağıyevin adı ilə bağlıdır. Bu

məktəbin əsası H.Z. Tağıyev tərəfindən 1898-1900-cü illərdə qoyulmuşdur. Tarixi

sənəd və mənbələr təsdiq edir ki, Hacı Zeynalabdin Tağıyevin elmə,  təhsilə və mədəniyyətin müxtəlif sahələrinə

göstərdiyi hamilik əsil mesenatlıq nümunəsi olmuşdur. H.Z. Tağıyev

Azərbaycanda  maarifçilik hərəkatına, elm

və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biridir. H.Z.

Tağıyevin özü elm və savad sahibi olmasa da, xalqın maarifləndirilməsi və

savadsızlığın aradan qaldırılması, ölkəmizdə elm və təhsilin yayılmasında fədakarlıq

göstərən ziyalıların köməyinə çatmışdır. Azərbaycanın ilk milli qəzeti olan "

Əkinçi”nin, müsəlman qızlar üçün Bakıda ilk dünyəvi məktəbin və digər təhsil

ocaqlarının yaradılmasında və onların fəaliyyət göstərməsində H.Z.Tağıyevin

böyük maliyyə dəstəyi olmuşdur. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və

çoxşaxəlidir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin " Hacı

Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” 11 mart 2020-ci il

tarixdə imzaladığı  Sərəncamda

H.Z.Tağıyev,  Azərbaycanda neft

sənayesinin inkişafında xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və

ictimai xadim kimi qiymətləndirilir.

 

Müfəttişin məktubu

Bakıda

qız və qadınlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması

yolunda  H.Z.Tağıyevin göstərdiyi

fədakarlığı əks etdirən tarixi mənbə və sənədlər  Azərbaycan Respublikasının Dövlət Arxivi və

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin müxtəlif fondlarında qayğı

ilə qorunub saxlanılır. Həmin sənədlərə və digər mənbələrə əsaslanaraq

hazırladığım bu məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırıram.  Bakı Quberniyası və Dağıstan Vilayəti xalq məktəbləri

direktoru və  müfəttişi vəzifəsini icra

edən A.S.Tixorjevski Qafqaz Tədris Dairəsi Qəyyumunun təklifi əsasında II Nikolayın  qarşıdan

gələn  müqəddəs tacqoyma  mərasiminin qeyd edilməsi ilə əlaqədar  Bakı şəhərində müsəlman qızlar üçün Xalq Maarif

Nazirliyinin birsinifli və yaxud ikisinifli kursu üzrə məktəbin təsis edilməsinə

pulun ayrılması və həmin məktəbə Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın

adının verilməsi məsələsi ilə bağlı 1896-cı il 

martın 22-də 354 saylı məktubla tanınmış xeyriyyəçi H.Z. Tağıyevə müraciət

etmişdir. Məktubda həmçinin bildirilirdi ki, həmin  məktəbdə müsəlman ailəsinin tələblərinə

cavab  verəcək  əl işləri və evdarlıq da tədris olunacaqdır.

Əgər Bakıda müsəlman qadın məktəbinin açılmasına H.Z.Tağıyevin razılığı olarsa,

həmin  məktəb İmperiya ərazisində müsəlman

qızlar üçün ilk məktəb olacaq  və həmin məktəbə

Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın adının verilməsinə dair onun yazacağı

razılıq cavabının yubadılmadan Qafqaz Tədris Dairəsinin Qəyyumuna

çatdırılması  H.Z. Tağıyevdən xahiş

edilirdi.

Yeri gəlmişkən, qeyd edək ki,  XIX əsrin ikinci yarısından etibarən Bakıda

bir neçə qadın məktəbi, o cümlədən  müqəddəs

Nina qadın məktəbi, Bakı  Mariin 

qadın  gimnaziyası fəaliyyət göstərirdi.  Lakin həmin məktəblərdə tədris yalnız rus

dilində aparılırdı. Doğma Azərbaycan dilində 

qız və qadınlar üçün hər hansı bir təhsil ocağı mövcud deyildi.

Qadınların təhsilli olmasının vacibliyini yaxşı anlayan və bunu  ürəkdən arzulayan H.Z.Tağıyev azərbaycanlı

qızların dünyəvi qadın təhsili ala bilməsi üçün müvafiq məktəbin açılması və həmin

məktəbin saxlanılmasına görə 150.000 min rubl 

ödəyəcəyi haqqında öz təklifini 1896-cı ilin

aprelin 24-də Qafqaz Tədris Dairəsinə təqdim etmişdir. Onun tərəfindən belə

bir təklif  Xalq Maarif Nazirliyinə də təqdim

edilmişdir. Bu barədə Qafqaz Tədris  Dairəsinin

Qəyyumu K.P. Yanovskinin H.Z. Tağıyevə 

Tiflisdən yazdığı 29 aprel 1896-cı il tarixli 3499 saylı məktubunda qeyd

edilib. Tarixi mənbələr təsdiq edir ki, Bakıda müsəlman qızlar üçün məktəbin

yaradılması heç də asanlıqla başa gəlməmiş və bu iş xeyli  vaxt tələb etmişdir.

 

Qafqaz Tədris Dairəsinin

Qəyyumu K.Yanovski 1897-ci il aprelin 8-də H.Z.Tağıyevə  göndərdiyi məktubda qeyd edirdi: "Əlahəzrət

Hacı Zeynal Abdin. Mənim, H.Z.Tağıyevin irəli sürdüyü şərtlər daxilində Bakı şəhərində

rus-tatar qadın məktəbinin yaradılmasına Xalq Maarif Nazirliyi tərəfindən icazənin

verilməsi haqqında xahişimin nəticəsi olaraq cənab Xalq Maarif Naziri  bildirdi ki, sizin təklif etdiyiniz aşağıdakı

şərtlərlə Bakıda rus-tatar qadın məktəbinin yaradılmasına heç bir maneə yoxdur: 1. Qadın məktəbi - müsəlman ailələrinin

tələblərinə uyğun olaraq əl işlərini və evdarlığı tədris edən əlavə şöbə də

daxil olmaqla,  Qafqaz Tədris Dairəsinin

birsinifli məktəb tipində olmalıdır.

2. Məktəbin nəzdində məktəbdə tərbiyə

olunan ən azı 20 nəfər azərbaycanlı qız üçün nəzərdə tutulan pansion olmalıdır;

ola bilsin ki, qəbul olunaraq pulsuz təhsil 

alan, ştatdan əlavə gəlib-gedən pansionçular da olsun.

3. Məktəbdə çalışan bütün tərbiyəçilərin

və xidmətçilərin dini məzhəbi müsəlman olmalıdır.

4. Məktəbin Fəxri Qəyyumu – məktəbin təsisçisi

Hacı Zeynalabdin Tağıyevdir, o, dünyasını dəyişdiyi halda - bu hüquq irsi halda

onun böyük oğluna və böyüklük qaydasında onun nəslinə keçir.

5. Məktəbin Qəyyumluq Şurasına

aşağıdakılar daxildir: Məktəbin fəxri qəyyumu; Bakı Şəhərinin başçısı;

Quberniya Qazisi; Bakı quberniyası Xalq məktəbləri direktoru; Bakı Mariin qız məktəbinin

rəisi və fəxri müsəlmanlardan Bakı Şəhər Dumasına seçilmiş üç nəfər.

6. Qəyyumluq Şurası şagirdlərin təhsil

və pansionun saxlanması haqlarını müəyyən edir, məktəbin genişləndirilməsi və

böyüməsinin qayğısına qalır; xidmətçilərə və kasıb şagirdlərə geyim və tədris vəsaitlərinin

əldə edilməsi üçün vəsait ayırır;

7. Məktəbin və pansionun saxlanılması

üçün Zeynal Abdin Tağıyevin yatırdığı kapitaldan daxil olan faizlərdən; könüllü

ianələrdən, əgər təyin etdirmişdirsə, Bakı şəhərinin büdcəsindən daxil olan vəsaitlərdən;

konsertlərdən, qonaqlıqlardan və s. 

daxil olmuş pullardan istifadə olunur.

Bakı quberniyası xalq məktəblərinin

direktoru A.S.Tixorjevski 1898-ci il iyulun 18-də Bakıdan Qafqaz Tədris Dairəsinin

Dəftərxanasına göndərdiyi məktubda bildirirdi: "Cən.Tağıyev olmadığına görə,

onun rəisi K.A. Uriskiyə müraciət etmiş və o, bildirmişdi ki, cən. Tağıyev Dövlət

Bankının Bakı filialında etdiyi ödənişlərin qəbzlərini də əlavə edərək məktəbə

"Aleksandrinski” adının verilməsi xahişi ilə iyulun 18-də müsəlman qadın məktəbinin

nizamnaməsinin layihəsini Qəyyuma artıq 

təqdim etmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra o, məktəb

binasının tikilişinə başlayacaqdır.”

 

Tağıyevin mənzilində

keçirilən ilk iclas

 

Bakıda yaradılacaq müsəlman qadın məktəbinin

nizamnaməsinin layihəsi 1898-ci il mayın 16-da təsdiq edilmişdir. Nizamnamənin

layihəsi təsdiq edildikdən sonra H.Z. Tağıyev məktəb binasının layihəsinin işlənməsini  polşalı arxitektor İozef Qoslavskiyə

tapşırmışdı. Məktəbin binasının tikilişi iki il ərzində davam edərək 1900-cü

ildə başa çatdırılmış və həmin bina 864 kvadrat sagen yer tutaraq H.Z.Tağıyevə

184.000 rubla başa gəlmişdir. Bakı qadın rus-müsəlman məktəbinin Qəyyumluq

Şurasının sədri H.Z. Tağıyev 1900-cü il aprelin 23-də Bakı quberniyası xalq məktəblərinin

direktoru A.S. Tixorjevskiyə məktub göndərərək , onu, İmperatritsa Aleksandra

Fedorovnanın adını daşıyan rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının

aprelin 24-də axşam saat 8-də onun evində keçiriləcək ilk iclasına dəvət

etmişdir.  Qeyd edək ki, Bakı

Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sıralarında

Əli Mərdan bəy Topçubaşov, Həsən bəy Məlikov və A. Tixorjevski kimi görkəmli şəxslər

də yer almışdılar. Məktəbə müsəlman qadın müəllimə və pedaqoqların işə qəbul

edilməsi məsələləri  daim diqqət mərkəzində

olmuşdur.  Bakı

Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sədri H.Z.

Tağıyev Qəyyumluq Şurasının iyunun 25-də keçirilmiş iclasının qərarına əsasən,

aşağıda qeyd olunan şəxslərin, o cümlədən Tiflis müq. Nina qadın məktəbinin

altı sinfini 8 iyul 1900-cü ildə bitirərək 810 saylı şəhadətnamə əldə etmiş Hənifə

xanım Məlikova; Vilensk qadın gimnaziyasını bitirərək 299 saylı  attestat əldə etmiş Mariya Sulkeviç və 11

dekabr 1900-cü ildə Zaqafqaziya Sünni Mənəvi İdarəsi tərəfindən verilmiş 1490

saylı attestatla molla rütbəsinə layiq görülmüş Əsma Soltan xanım Məmməd Əmin

Əfəndi qızının müvafiq vəzifələrə təsdiq edilməsi haqqında Bakı quberniyası və

Dağıstan vilayətinin xalq məktəbləri direktoru A.S.Tixorjevskiyə məktubla

müraciət etmişdir.  1902-ci  ilin  məlumatına 

görə,  həmin dövrdə Məktəbin

Qəyyumluq  Şurasının  sədri 

H.Z. Tağıyev, şuranın 

üzvləri  A.M.Topçubaşov, M.

Latkina, H.b.Məlikov, S.V. Məlikova, S.A.Txorjevski  və 

F.Vəzirovdan  ibarət  olmuşdur. 

Məktəbin  Qəyyumluq  Şurasının 

9  may  1902-ci 

il  tarixli  qərarı 

ilə  şuranın  sədr 

müavini  H.Z.Tağıyevin  arvadı 

S.V.Tağıyeva  seçilmişdir.

 

Müəllim qıtlığı necə həll edildi?

 

Tağıyevin

yorulmaz səyləri nəticəsində məktəbin 

normal  fəaliyyətinin  təmin 

edilməsi məqsədilə aktual sayılan müəllim  qıtlığı 

məsələsini  qismən  də 

olsa  həll  etmək mümkün 

olmuşdur. H.Z.Tağıyev türk 

dili  müəllimi  çatışmadığı 

haqqında  qəzet  vasitəsi 

ilə  müsəlman  müəllimələrə 

müraciət  etmiş  və  

bu  çağırışa  səslənən 

Hənifə  xanım  Məlikova, Rəhilə  xanım 

Terequlova, Məryəm  xanım  Culikeviç 

Bakıya  gəlmişlər. H. Z.

Tağıyevin  maarifçilik  fəaliyyətinin 

şanlı  səhifəsi  kimi 

milli təhsil tariximizə daxil olan qız məktəbində  təhsil əvvəl dördillik idi, 2 ildən sonra

beşillik, daha sonra isə  altıillik oldu.

H.Z. Tağıyev, Bakıda  müsəlman

qızlar  üçün  açdığı 

məktəbin  nəzdində  ikiillik 

pedaqoji  kursların  açılmasına 

da  nail  olmuşdur. Belə  ki, 1913-cü 

il  fevralın  5-də 

H.Z.Tağıyev Bakı  quberniyası  və 

Dağıstan  vilayəti   xalq 

məktəbləri  direktoruna  ərizə 

ilə  müraciət etmişdir. Həmin  müraciətdə 

qeyd  edilirdi: ” Mən,

Romanovlar  səltənətinin  300 

illiyi  kimi  qarşıdan 

gələn fərəhli  hadisəni  rus  müsəlmanlarının  öz 

yurddaşları  ilə   yaxınlaşdırılmasına  xidmət edə biləcək  bir işlə 

qeyd  etmək istəyirəm.

Düşünürəm  ki, bu  işə 

yaxşı  bir töhfə kimi  Bakı Aleksandriyski  qadın 

rus-müsəlman  məktəbinin  nəzdində ikiillik  pedaqoji 

kursların  açılması ola  bilər. Bu 

məqsədlə  mən yüz  min 

rubl  ayırıram  və 

xahiş  edirəm  ki, hazırlanmış  nizamnamə 

əsasında  İmperatritsa  Aleksandra 

Fyodorovnanın  adını  daşıyacaq 

ikiillik   kursların  açılmasına 

icazə  verilsin”.

 

Aleksandriski  qadın  rus-müsəlman 

məktəbinin  qəyyumluq  şurasının 

sədri  H. Z. Tağıyevə  1915-ci 

il  aprelin  4-də 

göndərilmiş 1201№li  məktubda  bildirilirdi 

ki, Qafqaz  tədris  dairəsi 

Popeçitelinn  10 aprel  1913-cü 

il  tarixli, 8457№-li təklifi  ilə 

müsəlman  qızlar  üçün 

Aleksandriyski  məktəbinin  nəzdində 

ikiillik kursların 

açılmasına  icazə  vermişdir. Beləliklə,

ibtidai  məktəbdə  müəllimələrin 

hazırlanması  üçün  nəzərdə 

tutulan  kurslar  açıldı.

Qeyd  edək ki, Azərbaycanda  milli ziyalı 

qadın təbəqəsinin  yaranmasında, maarifçilik

tariximizdə dünyəvi  qadın  təhsilinin inkişafında, Azərbaycan qadınının

dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız

məktəbinin  əhəmiyyətli  xidmətləri 

olmuşdur. Bu məktəbi  bitirən

onlarla azərbaycanlı qızlar sonrakı 

dövrlərdə, xüsusilə 

müstəqillik  illərində  millətimizin 

mədəni  tərəqqisində,

Azərbaycan  Xalq Cümhuriyyətinin

təhsil  siyasətinin  həyata 

keçirilməsində  yaxından  iştirak 

etdilər.

 

Keçmiş  Rusiya 

İmperiyasında  müsəlman  qızlar 

üçün  ilk  dəfə  olaraq  H.Z.Tağıyev 

tərəfindən  Bakıda  açılmış  

məktəbin  fəaliyyəti  daşnak-bolşevik  dəstələri 

tərəfindən  1918-ci  ilin 

martında  azərbaycanlılara  qarşı 

törədilmiş  Bakı  qırğını 

zamanı  dayandırılmışdır.

Cümhuriyyət dövründə də bu  məktəbi bərpa

etmək mümkün olmadı. Lakin bütün 

bunlara  baxmayaraq,  danılmaz 

bir  faktdır  ki, ötən əsrin əvvəllərində yetişən

ziyalı  Azərbaycan qadınlarının böyük

əksəriyyətini bu məktəbin 

pedaqoqları  və  məzunları təşkil  etmişdir.

 

Dövrünün 

tanınmış  iri  sənayeçisi, məşhur  xeyriyyəçi-mesenat  H.Z. Tağıyevin ölkəmizdə  qadınların 

təhsilə  cəlb  edilməsi, qadınlar  arasında 

savadsızlığın və  geriliyin  aradan 

qaldırılması  sahəsində gördüyü

son dərəcə əhəmiyyətli işlər xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük

hörmət və ehtiramla yad edilir.  

Rafiq Səfərov, Azərbaycan Respublikası

Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.