#Maliyyə

BVF Azərbaycan iqtisadiyyatının pandemiyadan bərpasının əsas məqamlarını açıqlayıb

Mar 06, 11:11 / Mənbə: Apa.az

COVID-19 pandemiyası səngiyənədək və bərpa başlayana qədər böyük maliyyə buferləri sayəsində Azərbaycan yaxın gələcəkdə iqtisadiyyatın dəstəklənməsini davam etdirmək üçün yaxşı bir vəziyyətdədir.

Bunu "APA-Economics"ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı dəstək tədbirləri ləğv edildikdən sonra bərpa istiqamətində addımlar tədricən atılmalıdır: "Orta müddətdə prioritet iqtisadi artımı bir qədər də canlandırmaq və özəl sektor tərəfindən idarə olunan yeni bir iqtisadi model yaratmaqdır. Bu məqsədlə maliyyə sektorunu və bazarlarını gücləndirmək və inkişaf etdirmək, dövlətə məxsus müəssisələrin səmərəliliyini artırmaq və iqtisadiyyatın neft hasilatından asılılığını azaltmaq və şaxələndirmək üçün islahatların müəyyənləşdirilməsi vacib olardı".

N. Tamirisa əlavə edib ki, ortamüddətli fiskal siyasəti planlarında daha məhsuldar infrastruktura investisiya qoyma ehtiyacını tarazlaşdırmasını, insan kapitalının inkişaf etdirilməsi və gələcək nəsillər üçün neft ehtiyatlarının qorunmasın prioritetlər arasında olmalıdır.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.