#Maliyyə

IMF: Azərbaycan üçün əsas hədəf yeni iqtisadi model yaratmaqdır - EKSKLÜZİV

Mar 06, 11:20 / Mənbə: Report.az

"Azərbaycan üçün orta perspektivdə başlıca hədəf yeni iqtisadi model yaratmaqdır".

Bunu “Report”a Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycandakı missiyasının rəhbəri Natalia Tamirisa bildirib.

O, həmin modeldə iqtisadi artımda əsas pay sahibi fəal və şaxələndirilmiş özəl sektorun olacağını deyib:

“Bu məqsədlə maliyyə sektorunu və bazarları gücləndirilərək inkişaf etdirmək, dövlət müəssisələrini daha səmərəli vəziyyətə gətirmək, iqtisadiyyatı neftdən asılı vəziyyətdən xilas etmək üçün şaxələndirmək istiqamətində müvafiq islahatlar müəyyənləşdirmək vacibdir”.

Ekspertin fikrincə, orta perspektivdə vergi və büdcə siyasətinin əsas hədəfləri istehsalat infrastrukturuna, insan kapitalının inkişafına sərmayə qoymaqla gələcək nəsillər üçün neft sərvətini qorumaq arasında tarazlıq tapılmalıdır.

“Azərbaycan malik olduğu böyük maliyyə “yastıq”ları sayəsində COVID-19 pandemiyası səngiyənə, dirçəlmə başlayanadək iqtisadiyyata dövlət dəstəyini davam etdirmək üçün əlverişli vəziyyətdədir. Pandemiyaya görə xüsusi dəstək dayandırılarkən bunu tədricən etmək lazım gələcək”, – IMF rəsmisi vurğulayıb.

Ötən ilin oktyabr ayında IMF tərəfindən açıqlanmış “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatına görə, 2021-ci ildə dünya üzrə ÜDM-in artımı 2 faiz, inflyasiya səviyyəsi 3,1 faiz, məcmu dövlət borcunun həcmi isə ÜDM-in 20 faizi səviyyəsində gözlənilir.

N.Tamirisanın sözlərinə görə, aprel ayında dərc ediləcək növbəti hesabatda yenilənmiş proqnoz yer alacaq.

Xatırladaq ki, Azərbaycan 1992-ci il sentyabrın 18-dən İMF-nin üzvüdür.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.