#Dünya

Türkiyənin əməliyyat keçirdiyi bölgəyə raket hücumu oldu - ölən və yaralananlar var - VİDEO

Mar 06, 10:52 / Mənbə: Yeniavaz.com

Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi "Fırat Kalkanı" əməliyyat bölgəsinə raket atılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyada Cerablus və Eyn əl Bab bölgələrindəki iki fərqli nöqtəyə ballistik raketlə hücum edilib. Hadisə nəticəsində 3 mülki şəxsin öldüyü və 28 nəfərin yaralandığı bildirilir. Hücumun kimlər tərəfindən edildiyi bilinmir.

Qeyd edək ki, Cerablus və Eyn əl Bab Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirdiyi bölgələrdir. 

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.