#Cəmiyyət

Diplomatik korpus nümayəndələrinin Qarabağa bugünkü səfərinin gündəliyi açıqlanıb

Mar 06, 11:19 / Mənbə: Kaspi.az

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlara bugünkü səfərinin gündəliyi məlum olub.

 

APA-nın məlumatına görə, diplomatik korpus nümayəndələri Füzuli rayonun Mərdinli kəndinə səfər edəcək, orada dağıdılmış Mərdinli məscidi və Mərdinli-Qaraxanbəyli qəbiristanlığı ziyarət olunacaq.

 

Daha sonra Qubadlının Muğanlı kəndinə gediləcək və burada  Ermənistanın ekosistemə qarşı terrorunun nəticələri barədə diplomatik korpus nümayəndələrinə məlumat veriləcək.

 

Sonra Qubadlının Qəzyan kəndinə səfər baş tutacaq. Bu kəndin ziyarətindən sonra diplomatik korpus nümayəndələri Qubadlı şəhərinin mərkəzinə gedəcək. Qubadlı şəhərinə səfər başa çatdıqdan sonra Laçına gediləcək. Güləbird kəndindəki dağıntılar barədə məlumat veriləcək, həmçinin, diplomatlar kənddə yeni istifadəyə verilmiş hidroelektrik stansiya ilə tanış olacaqlar.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.