#Azərbaycanca

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs saxlanıldı

Mar 06, 10:45 / Mənbə: News.day.az

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində "İnstagram" sosial şəbəkəsində narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.