#Ask

FAO Azərbaycanda aqrar xidmətlərdə yeni model və strategiya təklif edəcək

Mar 06, 10:31 / Mənbə: Report.az

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında həyata keçirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində 5 illik strategiyanın və 3 illik fəaliyyət planının işlənib hazırlanması nəzərdə tutulur.

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcək bu strategiyada Avropa Birliyi ölkələrinin yaxşı təcrübələrindən istifadə edilməklə və eləcə də ölkəmizdə aqrar məsləhət xidmətinin fəaliyyət göstərdiyi mövcud şəraitə uyğunlaşdırılmış yeni bir model təklif olunacaq: “Hazırda həmin strategiya və model müzakirə mərhələsindədir. Növbəti ildə həmin model 2 regionda (Gəncə-Qazax və Quba-Xaçmaz) sınaqdan keçiriləcək və uğurlu nəticələrin əsasında strateji plana düzəlişlər edilərək artıq ölkə üzrə 3 illik fəaliyyət planı təqdim ediləcək”.

FAO, həmçinin Azərbaycanda həyata keçirdikləri layihələrin istiqamətlərini açıqlayıb: “Azərbaycanda gənc fermerlərin kənd təsərrüfatı fəaliyyətinə cəlb edilməsi ilə aqrar məşğulluğun artırılması, kənd qadınlarının iqtisadi potensialının gücləndirilməsi, aqrar məsləhət xidmətlərin gücləndirilməsi, yerli ərzaq qida zəncirinin təkmilləşdirilməsi, maldarlıqda cins tərkibinin və heyvanların yemləndirilməsinin təkmilləşdirilməsi, qoyunçuluqda istehsalın və dəyər zəncirinin inkişafı, ölkədə xəstəliksiz kartof toxumçuluğunun və fındıq istehsalı sektorunun inkişafı həmçinin, meşə və su resurslarından səmərəli istifadə, aqrar sahədə pestisid istifadəsinin azaldılması istiqamətləri üzrə layihələr icra edilir”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.