#Mədəniyyət

Tanınmış azərbaycanlı memar vəfat etdi - FOTO

Mar 06, 09:58 / Mənbə: Oxu.az

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar Əlibəy Novruzi vəfat edib.

Əlibəy Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.

Əlibəy Novruzi üç il ardıcıl SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

“Küləyin binada hərəkəti” mövzusunda dissertasiya yazıb. O, Sumqayıtın baş memarı olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində iki ixtirası olub.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.