#Cəmiyyət

Qaraj yandı, “Fiat”a ziyan dəydi

Mar 06, 10:06 / Mənbə: News.milli.az

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan qarajın içərisində taxta qırıntıları 5 m² sahədə, yaxınlıqda məişət tullantıları üçün ayrılmış 3 ədəd plastik qutu yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Fiat" markalı minik avtomobilinin ön hissəsi əriyib. 

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.