#Futbol

Hakimin üzünə yumruqla vurduğu üçün 5 il futboldan uzaqlaşdırıldı

Mar 06, 10:24 / Mənbə: Report.az

Qvatemalanın üçüncü divizionunda "San-Lorentso Coqo Fut"da çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan kənarlaşdırılıb.

"Report" xəbər verir ki, buna oyunçunun "Tiburones"lə matçda baş hakimi yumruğu ilə vurması səbəb olub.

72-ci dəqiqədə hakim Qarsiyaya qırmızı vərəqə göstərib. Əvvəlcə komanda yoldaşları onu sakitləşdirməyə çalışıb, lakin futbolçu referiyə tərəf gedərək onun üzünə yumruqla vurmağı bacarıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.