#Neft-və-qaz

"Azeri Light" nefti yenidən bahalaşıb

Mar 04, 13:18 / Mənbə: News.milli.az

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,78%  artaraq  64,75 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) - 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.