#Hadisə

Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb

Mar 03, 18:49 / Mənbə: News.milli.az

Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, Mercedes" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alıb. Onlar Bakı şəhər sakinləri Mustafayev Mübariz Əhməd oğlu, Mustafayeva Leyla Yasin qızı, Mustafayeva Dursun Məhəmməd qızı, Mustafayeva Bəsti Məhəmməd qızı, Mustafayeva Nəzrin Xəyyam qızı, İbrahimova Təravət Yasin qızıdır.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.