#Gündəm

Hərbçilərin maaşına əlavələrlə bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Mar 03, 18:46 / Mənbə: Yeniavaz.com

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi açıqlanıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək: “Maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək”.

Qeyd edək ki, əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.