#Idman

Azərbaycanda futbol matçı zamanı stadionun işıqları söndü — Foto

Mar 03, 18:47 / Mənbə: Qafqazinfo.az

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Sabah" matçı zamanı stadionun işıqları sönüb.

"Qafqazinfo" xəbər verir ki, bu, matçın 26-cı dəqiqəsində baş verib.

Bu səbəbdən qarşılaşmanın baş hakimi Rəşad Əhmədov oyunu dayandırmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən qarşılaşma "CBC Sport" tərəfindən canlı yayımlanır. 

***

Stadionun işıqlandırılması generator vasitəsi ilə təmin olunub. 10 dəqiqəlik fasilədən sonra qarşılaşma yenidən bərpa olunub.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.