#Region

Paşinyan Çindəki ticarət nümayəndəsini vəzifəsindən azad edib

Mar 03, 19:10 / Mənbə: Report.az

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyanı vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, baş nazirin müvafiq qərarı Ermənistan hökumətinin informasiya portalında dərc olunub.

Xatırladaq ki, V.Karapetyan 2020-ci ilin noyabrında hakim “Mənim addımım” parlament fraksiyasından çıxmışdı. Nikol Paşinyan 2020-ci ilin dekabrında onu Ermənistanın Çindəki ticarət nümayəndəliyinə attaşe təyin etmişdi. Bu il fevralın 16-da isə V.Karapetyan feysbuk səhifəsində bu vəzifədən istefa verdiyini bəyan etmişdi.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.