#Maraqlı

Kemal Sunalın qızı ana oldu

Mar 03, 18:54 / Mənbə: News.milli.az

Mərhum aktyor Kemal Sunalın qızı Ezo Sunalın qız övladı dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı Ezonun qardaşı Ali Sunal sosial şəbəkədə "Ailəmizə xoş gəldin, gözəlim Nova" sözlərini yazaraq paylaşım edib.

Kemalın həyat yoldaşı Gül isə İnstaqram hesabında "Kemal, daha bir qız nəvəmiz oldu. Adını Nova qoyduq. Mənası "parıladayan ulduz" deməkdir. İnşallah, həyatı işıqlı və parlaq olar" sözlərinin yer aldığı status yayımlayıb.

Yeni doğulan Novanın boyu 51 santimetr, çəkisi isə 3 kq. 880 qramdır.

Qeyd edək ki, Ezo 2018-ci ildə musiqiçi Ömer Öztüyenlə ailə həyatı qurub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.