#Region

Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb - YENİLƏNİB

Mar 01, 16:48 / Mənbə: Report.az

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirib.

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.