#Hadisə

Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Mar 01, 00:54 / Mənbə: Apa.az

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar Hüseynov əlinin, ayağının və qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 53 yaşlı kişi dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.