#Futbol

"Milan" "Roma"ya səfərdə qalib gəldi

Mar 01, 01:49 / Mənbə: Report.az

Futbol üzrə İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü "Roma" və "Milan" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, paytaxtdakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 43-cü dəqiqədə penaltidən Frank Kessi açıb. Meydan sahiblərindən Jorcan Veretu 50-ci dəqiqədə bərabərlik qolunu vursa da, cəmi 8 dəqiqə sonra Ante Rebiç yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Milan" 52 xalla 2-ci, "Roma" 44 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 56 xalla "İnter" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Yuventus" və 24 oyundan 46 xala malik "Atalanta" 3-4-cü yerləri bölüşür.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.