#Digər-ölkələr

Britaniyada koronavirusun “Braziliya” ştammı aşkarlanıb

Mar 01, 01:47 / Mənbə: Report.az

Böyük Britaniyada altı nəfərdə yeni növ koronavirus infeksiyasının Braziliyada yayılan ştammı aşkar edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, yoluxanların ikisi Braziliyadan təyyarə ilə ölkəyə gəlib. Üçüncü yoluxmuş şəxsin səyahətçilərlə əlaqəsi olmayıb, onun necə yoluxduğu araşdırılır.

Şotlandiyada da üç yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Braziliyada koronavirusun yeni mutasiyası ötən ilin dekabr ayında aşkarlanıb və iki növü mövcuddur.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.