#Dünyada

Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək

Feb 28, 23:38 / Mənbə: 24media.az

ABŞ-ın keçmiş prezidenti Donald Tramp medianın iddialarına baxmayaraq, ölkədə yeni partiya yaratmaq fikrində olmadığını bəyan etmək niyyətindədir.

24Media xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, onun respublikaçıları bir olmağa çağıracağı və partiyanın 2022-ci ildə keçiriləcək aralıq seçkilərə necə hazırlaşması barədə təkliflərini təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, "The Wall Street Journal" qəzeti və bir sıra digər KİV-lər D.Trampın ABŞ-da yeni siyasi partiya yaratmaq fikrində olduğunu bildirirdilər.

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.