#Təfsilat

Myanmada toqquşmalar zamanı 6 nəfər ölüb

Feb 28, 20:14 / Mənbə: Kaspi.az

Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.

 

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb. Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb. 

Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.