#Asiya

Myanmada toqquşmalar zamanı ölənlırin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Feb 28, 19:53 / Mənbə: Apa.az

Myanmada ölkənin müxtəlif şəhərlərində aksiya iştirakçıların və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

APA-nın "Mizzima" portalına istinadən verdiyi məlumata görə, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqo şəhərində 3, Davey şəhərində 4, Mey şəhərində 1, Pakokku şəhərində 2 nəfər və Molamyayne şəhərində 1 nəfər  ölüb. 

***

saat 18.29

Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb. 

Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb. 

Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.

 

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.