#Xəbər

Bərdədə ağır yol qəzası oldu — Ölənlər və yaralananlar var

Feb 28, 19:57 / Mənbə: Qafqazinfo.az

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır. 

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli 

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.