#Cəmiyyət

Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat

Feb 28, 19:29 / Mənbə: Kaspi.az

Fevral ayının 26-da cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bir çox kontekstdə mühüm önəm daşıyır. Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

 

Deputat bildirib ki, əvvəla, möhtərəm Prezident bu tədbiri məhz Xocalı soyqırımının növbəti ildönümü günündə keçirirdi və məhz belə bir gündə düzənlənən mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca vacib idi: "İkinci məqam, cənab Prezidentin hər zaman olduğu kimi səmimiliyi, Qarabağdakı mövcud situasiya ilə bağlı fikirlərini aydın formada bölüşməsi idi. O, mesajlarını dəqiq formada verdi, həm soydaşlarımızın öz əzəli torpaqlarına qayıtması, həm də sülhməramlıların fəaliyyəti ilə bağlı diqqət çəkən məqamları açıqladı. Üçüncü məqam isə mətbuat konfransının davam elədiyi müddət və konfransda iştirak edən jurnalistlərin sayı, tərkibi ilə bağlı idi. Beləki, məlum mətbuat konfransı 4 saatdan artıq çəkdi, yetərincə suallar ünvanlandı və həmin suallara verilən bütün cavablar da son dərəcə geniş, təfsilatlı idi".

E.Musayev qeyd edib ki, cənab Prezident İlham Əliyevin nitqinin ümumi məğzindən çıxan nəticə bu idi ki, Azərbaycan bölgədə həqiqi liderdir: "Üstəlik, hər bir vəziyyətə nəzarət edən, nizamlı, sistemli və rentabelli siyasət yürüdən bir liderdir. Dövlət başçısının hər sözündən, cümləsindən aydın görünürdü ki, bütün məqamlar və qarşıda duran hədəflər dəqiq hesablanıb. Təbii, əsas prioritet Qarabağın gələcək perspektivi, orada görüləcək quruculuq işləri ilə bağlıdır. Eyni zamanda hələ müəyyən diplomatik məqamlar var ki, onların tam həlli ilə bağlı zamana ehtiyac var. Fəqət, əsas mövzu və reallıq budur ki, Azərbaycan qalibdir. Həm də bir tək Qarabağ məsələsində deyil, bütün hədəflər və məqsədlər kontekstində qalibdir".

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.