#Dünya

Gürcüstanda koronavirusun qeydə alındığı ilk gündən bir il keçir

Feb 26, 20:11 / Mənbə: News.milli.az

Bu gün Gürcüstanda koronavirus infeksiyasının qeydə alınmasının bir ili tamam olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanda koronavirus ilk dəfə 2020-ci il fevralın 26-da qeydə alınıb.

Bu günədək ölkədə 269 min 800 nəfər COVID-19-a yoluxub. Onların 163 min 727-si müalicə olunaraq sağalıb. Ötən bir il ərzində 3 min 475 nəfər pandemiyanın qurbanı olub.

Bu günədək ölkədə koronavirusun yeni Britaniya növünə 4 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çindən yayılmağa başlayıb.

Dünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də COVID-19 ilə bağlı epidemioloji vəziyyəti pandemiya elan edib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.