#Dünya

Böyük Britaniyada 18 milyondan çox insana peyvəndin birinci dozası vurulub

Feb 26, 20:21 / Mənbə: News.milli.az

Böyük Britaniyada 18 milyondan çox insana peyvəndin birinci dozası, 600 mindən çox insana isə peyvəndin ikinci dozası vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Boris Conson, yetkinlik yaşına çatan hər kəsə iyulun 31-dək koronavirus peyvəndinin birinci dozasının vurulacağını açıqlayıb.

Elan edilən yeni plana əsasən, 50 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslərə 15 aprelə qədər peyvəndin ilk dozası vurulacaq.

Krallıqda təxminən 1500 peyvənd mərkəzi var və bu mərkəzlər istirahət günləri də daxil olmaqla hər gün fəaliyyət göstərir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.