#Cəmiyyət

“Azərbaycanlı Tələbə və Məzunlar Platforması” Xocalı soyqırımını xarici ölkələrdə tanıtdı - FOTO

Feb 26, 20:20 / Mənbə: Oxu.az

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq “Azərbaycanlı Tələbə və Məzunlar Platforması” İB (ASAP), “Böyük Qayıdış” İB ilə birlikdə bu faciəni xarici ölkələrdə beynəlxalq mənbələrdən götürülmüş materiallarla təbliğ etmək məqsədilə “Dünya bilir, biz xatırladırıq” adlı layihə həyata keçirmişdir.

Layihə çərçivəsində 3 fərqli beynəlxalq mənbədən materiallar seçilmiş və bu mətnlər 15 fərqli dilə tərcümə olunaraq poster formasında hazırlanmışdır. “Human Rights Watch” təşkilatının rəsmi hesabatı, “The Independent” və “The Sunday Times” qəzetlərində Xocalı haqqında 1992-ci ildə çıxan məqalələrdən istifadə nəticəsində hazırlanan bu posterlər ingilis, fransız, italyan, alman, ispan, türk, ərəb, rus, gürcü, çin, yapon, koreya, hind və urdu dillərinə tərcümə olunmuşdur. 

Daha sonra bu posterlər Belçika, Böyük Britaniya, Türkiyə, Polşa, İtaliya, Almaniya, Rusiya, Gürcüstan, Pakistan kimi ölkələrdə təhsil alan və yaşayan tələbə və məzunlara göndərilmişdir. Soydaşlarımız bu posterlərlə yaşadıqları şəhərlərdə fərdi aksiya keçirərək, Xocalı haqqında məlumatları məhz yerli dildə yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmış, maarifləndirmə kampaniyası həyata keçirmişdir. 

Bundan başqa, posterlərdə Xocalı faciəsi haqqında daha ətraflı məlumat almaq istəyənlər üçün QR kod da qoyulmuşdur. Bu kod vasitəsilə hər bir kəs sadəcə telefonundan istifadə edərək Xocalı soyqırımı barəsində beynəlxalq və yerli mənbələrdən, həmçinin 1992-ci ildə xarici və yerli jurnalistlər tərəfindən Xocalıda çəkilmiş foto və video materiallardan xəbərdar ola bilərdi.  

 

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.