#Siyasət

“Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında insident belə yaşanmayıb”

Feb 26, 14:27 / Mənbə: Kaspi.az

"Bir şeyi qeyd etmək istəyirəm ki, Şərqi Zəngəzurda, Qubadlıda, Zəngilanda sərhədyanı ərazilərdə - hansı ki, işğaldan azad olunub – orda Ermənistan qoşunları yoxdur və orada sülhdür. Orada bir dənə də insident yaşanmayıb. Yəni ki, Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında bir dənə insident yaşanmayıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, biz dövlətlərarası sərhədi keçmirik: "Bəzi kəndlər hansı ki, onların bəzi hissəsi Azərbaycan ərazisində yerləşir, orada insident yaşanmır. Çünki orada Ermənistan Ordusu yoxdur. Orada sərhəd qoşunları yox idi. Belə alınır ki, Ermənistan Sərhəd Qoşunları mövcud deyil. Nəzərə alsaq ki, Ermənistanın Türkiyə, İranla sərhədi Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunur, biz o ərazilərdə Ermənistanın dinc əhalisinə qarşı heç bir addım atmırıq. Əksinə, bəzi Ermənistan şəhərlərini birləşdirən yol Azərbaycan ərazisindən keçir və onlar bu yoldan yararlana bilirlər. Ondan artığını deyim. Biz həmin yolda "Azərbaycana xoş gəlmişsiniz” yazılı bir lövhə quraşdırmışıq. Mən anlayıram ki, bu, Ermənistanda qıcıq yarada bilir. Ancaq biz onu başqa niyyətlə yerləşdirmişik. Biz istəyirdik ki, onlar Azərbaycana gəlmək istəyirlərsə, onları xoş qarşılayaq. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə problemsiz gələ bilərlər. Təbii ki, biz dayanıqlı sülh istəyiriksə, biz əlavə heç bir nailiyyətlər istəmirik. Biz istəyirik ki, bizə məxsus olan bizə qaytarılsın. Biz göstəririk ki, bizim sözlərimiz və addımlarımız eynidir, bir-birinə uyğundur”.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.