#Siyasət

Mübariz Qurbanlı: “Ermənilər Qafqaz Albaniyasına aid dini abidələri qriqorianlaşdırmağa çalışıblar”

Feb 26, 13:45 / Mənbə: Baku.ws

“Ermənilər işğal olunmuş ərazilərdə bütün dini, tarixi abidələri məhv ediblər”.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Qarabağ ərazisində 67 məscid tamamilə dağıdılıb:

“Bir məscidi isə görüntü naminə, onun Azərbaycana aid olması faktını dəyişdirməklə saxlayıblar. Onlar barbar hərəkətlərə yol veriblər. Orada olan Qafqaz Albaniyasına aid dini abidələri qriqorianlaşdırmağa çalışıblar. Onları saxtalaşdırmaq üçün müxtəlif addımlar atıblar. Bunlar hamısı faktdır. Eyni zamanda tarix, dini mədəniyyət abidələri dağıdılıb. Bunlar haqqında məlumatlar Mədəniyyət Nazirliyinin xətti ilə və digər qurumların vasitəsi ilə toplanıb”.

Onun sözlərinə görə, orada Qafqaz Albaniyasına aid tarixi-dini abidələri qriqorianlaşdırmağa çalışıblar:

“Abidələrin tarixini saxtalaşdırmaq üçün müxtəlif addımlar atıblar. Bunlar hamısı faktdır. Eyni zamanda tarixi-dini mədəniyyət abidələri dağıdılıb və buna uyğun olaraq tərəfimizdən müvafiq sənədlər hazırlanıb. Prezident İlham Əliyev də bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı orada olan tarixi-dini abidələrin hamısının həm xristianlığa, həm Qafqaz Albaniyasına, həm də İslama aid abidələrin bərpa olunacağını bildirib. Bu məsələdə xarici ekspertlər də iştirak edib.

Heydər Əliyev Fondu bununla bağlı geniş proqram həyata keçirməkdədir. Dağlıq Qarabağda bütün dini-tarixi abidələr öz yerini tapacaq. Bizim üçün vacib olan Qafqaz Albaniyasına aid olan tarixi dini abidələrin faktiki olaraq Qafqaz Albaniyasına aid olduğunu bir daha göstərməkdir. Bu, bəlli bir məsələdir.

1836-cı ildə çarın fərmanı ilə Qafqaz Albaniyasına aid olan kilsələr ermənilərin Apostol kilsəsinə verilib. Orada belə də yazılıb: "Erməni Apostol Kilsəsinə verilsin". Əgər bunlar ermənilərə aid idisə, niyə "ermənilərə verilsin" yazılıb? Deməli, abidələr erməniyə aid deyildi. Ona görə də bu məsələlər həllini tapacaq. Əsas məsələ - torpaqların işğaldan azad olunması bizim üçün çox önəmli idi. Abidələrin məsələsi də həll olunacaq”.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.