#Qarabağ

Prezident: "Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq"

Feb 26, 14:16 / Mənbə: Report.az

“İstənilən şəkildə Ermənistanın rəhbərliyi hər hansısa bir formada – fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki, Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə, bu, intihar olacaq. Həqiqətən də, intihar burada ən yerinə düşən sözdür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Ona görə də Ermənistanda başa düşməlidir ki, onların qarşılaşdığı bu vəziyyət illərdir yürütdükləri siyasətin nəticəsidir. Bu, Azərbaycana qarşı idi və işğal siyasətidir”, - dövlət başçısı bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.