#Hadisə

Ali Məhkəmənin Mülki Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

Feb 26, 12:53 / Mənbə: Report.az

2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyanın icraatında cəmi 7 312 iş olub.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Onlardan 1251 (17,1%) iş 2019-cu ildən qalıq keçib, 6061 iş (82,9%) isə 2020-ci ilin yanvar-dekabr aylarında daxil olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə icraatda olan iş sayı 2091 (22,2%) ədəd azalıb. Belə ki, 2019-cu ilin müvafiq dövründə icraatda ümumən 9403 iş olub.

Onlardan 1113 iş (11,8%) 2018-ci ildən qalıq keçib, 8290 iş (88,2%) isə 2019-cu il ərzində daxil olub.

2019-2020-ci illərə qalıq keçmiş işləri müqayisə etdikdə görünür ki, 2020-ci ilə qalıq keçən 138 (12,4%) iş artıb. 2020-ci ildə daxil olan 6.061 iş ilə 2019-cu ilin müvafiq dövründə daxil olan 8.290 işlərin sayını müqayisə etdikdə isə görünür ki, 2020-ci ildə daxil olan işlərin sayı 2.229 (26,9%) iş azalıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.