#Gündəm

Neft ucuzlaşsa da, ayı qazancla başa vuracaq

Feb 26, 12:52 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri fevral ayını qazancla başa vurmağa hazırlaşır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ xəzinə istiqrazları üzrə faiz dərəcəsinin yüksəlməsi səbəbilə birjalardakı ümumi satışın təsirinə məruz qalsa da, ardıcıl olaraq dördüncü ayı da qazancla başa vurmağa hazırlaşır.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,3% geriləyərək bir bareli 62.73 dollara qədər ucuzlaşıb.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında 1,2% dəyər itirdikdən sonra bir bareli 66.05 dollar səviyyəsinə çatıb.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.