#Qarabağ

İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə münasibət bildirib

Feb 26, 12:52 / Mənbə: Report.az

“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan öz vəsaiti hesabına bu Montorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edərək bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın və əgər olarsa kim bunu törədib, təşəbbüskar, günahkar kimdir bunu təsbit etməkdir. Bu Monitorinq Mərkəzi hesab edirəm ki, postmüharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcəkdir”, - Prezident bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.