#Təfsilat

Dünyada son sutkada 421 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Feb 26, 12:49 / Mənbə: Kaspi.az

Dünyada son sutka ərzində 421 407 nəfər koronavirusa yoluxub, 10 508 nəfər ölüb. 

 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 112 209 815 yoluxma hadisəsi, 2 490 776 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (176 512) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 654) və Cənub-Şərqi Asiya (31 081) bölüşür.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.