#Maraqlı

Yeni “Samsung” televizorlarının qiyməti məlum olub

Feb 25, 23:10 / Mənbə: News.milli.az

"Samsung" şirkəti ən yeni "The Frame" interyer televizorları və 2021-ci il model sırasına daxil olan "4K QLED" panellərinin qiymətini elan edib. Qurğular ilin əvvəlində "CES" virtual məişət elektronikası sərgisi çərçivəsində təqdim olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "The Frame" televizorları dizaynına görə eleqant çərçivəli rəsmləri xatırladır. Paneldən istifadə edilməyən zaman televizorda incəsənət əsərləri nümayiş etdirilir.

Məlumata görə, 2021-ci il model sırasına aid "The Frame" televizorlarının qiyməti 999 dollardan başlayır. Həm albom, həm də portret şəklində istifadə edilən 43 düym diaqonallı versiyanın da qiyməti eynidir.

50 və 55 düym diaqonallı "The Frame" modifikasiyası 1299 və 1499 dollar dəyərində qiymətləndirilib. Ölçüləri 65 və 75 düym təşkil edən modellərin qiyməti 1999 və 2999 dollara bərabərdir.

"4K QLED" televizorlarına gəldikdə, 43 və 85 diaqonal ölçüsündə mövcud olan başlanğıc seriyalı "Q60A" qurğularının qiyməti 549-2599 dollar arasında dəyişir.

Orta səviyyəli "Q70A" seriyasına 55-85 düym diaqonallı variantlar daxildir. Onların qiyməti 949-2999 dollardır.

1299-3699 dollara təklif olunan "Q80A" seriyasının ən bahalı qurğuları 55 və 85 düym ölçüsündə təqdim olunub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.