#Sosial

Londonda “Justice For Khojaly” aksiyası - FOTO

Feb 25, 22:45 / Mənbə: Baku.ws

Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq və faciə haqqında insanlarda fikir yaratmaq üçün Avropanın bir sıra ölkələrində aksiyalar keçirilir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, belə aksiyalardan biri də Londonda təşkil olunub.

İngiltərənin paytaxtında müxtəlif reklam lövhələrində, bilbordlarda, xüsusi icarəyə götürülmüş avtomobillərin üzərindəki elektronik ekranlarda “Justice For Khojaly” yazılıb və faciə haqqında yerli sakinlərə məlumatlar verilib.

Həmçinin vurğulanıb ki, oxşar aksiyalar Şotlandiyanın Edinburq, həmçinin ABŞ-ın Raley və Minneapolis şəhərlərində də təşkil edilib.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.