#Maraqlı

“Vodafone” avtomobil və dronların yüksək dəqiqliklə izlənilməsi texnologiyasını hazırlayıb

Feb 25, 22:55 / Mənbə: News.milli.az

Dünyanın ən böyük mobil operatorlarından biri olan "Vodafone" geoməkan üzrə dəqiqlik göstəricisini xeyli yaxşılaşdırıb. Məlumata görə, şirkətin mütəxəssisləri müxtəlif qurğuların yerinin təyin edilməsi dəqiqliyi üzrə göstəricini 30 dəfə, 3 metrdən 10 sm-dək azaltmağa nail olublar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Vodafone" şirkətinin nümayəndələri hesab edirlər ki, "Sapcorda" yeni peyk izləmə texnologiyasından istifadə "Əşyalar interneti" (IoT) platformasının tətbiqini sürətləndirməyə imkan verəcək. Bundan başqa, nəqliyyat vasitələri, dron və istənilən başqa yüklərin izlənilməsinin dəqiqliyi yüksələcək. Operator yeni texnologiyanın həm dövlət və tibbi strukturlarda, həm də biznes dünyasında maraq doğuracağını hesab edir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.