#Siyasət

Türk Şurasının Baş Katibi: “Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir”

Feb 25, 22:58 / Mənbə: Baku.ws

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş Katibi Bağdat Amrayev Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı paylaşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, B.Amrayev 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin bir gecədə Xocalıda yaşlı, uşaq, qadın daxil olmaqla günahsız insanların qətlə yetirdiyini xatırladıb: “Qətl edilənlərlə yanaşı minlərlə insan yaralanaraq girov götürülüb və Xocalı şəhəri tamamilə dağıdılıb”.

Türk Şurasının Baş Katibi qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın işğal altında olan torpaqları uğrunda qanuni mübarizəsi qələbə ilə başa çatdı: “Dünyanın şahidi olduğu kimi, ədalət təmin edildi və qardaş Azərbaycan haqlı mübarizəsində qələbə qazandı. Bu qələbə bütün Türk Dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu”.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.